Go to content

Rəsmi distribüterin üstünlükləri

Zəmanət

İstehsalçı zəmanəti yalnız rəsmi distribüter tərəfindən gətirilən avtomobillərə şamil olunur. Qeyri-rəsmi satıcılardan alınmış və ya fərdi qaydada idxal olunmuş avtomobillərə zəmanət verilmir. Rəsmi diler mərkəzlərində peşəkar servis avadanlığı quraşdırılıb və ixtisaslı əməkdaşlar çalışır. Zəmanət çərçivəsində nasazlıq baş verərsə, təmirin keyfiyyətli şəkildə, orijinal ehtiyat hissələrindən istifadə edilməklə və istehsalçı hesabına həyata keçiriləcəyinə əmin ola bilərsiniz.
Zəmanət

Yerli şəraitə adaptasiya

Əminliklə demək olar ki, rəsmi distribüter tərəfindən gətirilən avtomobil yerli iqlim və yol şəraitinə uyğun komplektləşdirilib və tənzimlənib. Avtomobilin bütün istismar müddəti ərzində maksimum etibarlılıq və rahatlıq təmin olunur.
Yerli şəraitə adaptasiya

Müştəri dəstəyi

Rəsmi distribüter müştərilərə geniş informasiya dəstəyi göstərir. Siz avtomobilinizin alınması və istismarı ilə bağlı istənilən sual üzrə məsləhət ala bilərsiniz.

+994 70 598 01 01

Kia Servis qaytar xətti

 

Hüquqi şəffaflıq

Rəsmi dilerdən yeni avtomobil alarkən əmin ola bilərsiniz ki, avtomobil bütün zəruri gömrük prosedurlarından keçib, oğurluqda və ya girovda deyil. Alış zamanı siz bütün zəruri sənədləri əldə edəcəksiniz. Diler şəbəkəsi rəsmi distribüter tərəfindən nəzarətdə saxlanılır və diler alıcı qarşısında məsuliyyət daşıyır.
Hüquqi şəffaflıq

Keyfiyyətli diaqnostika

Rəsmi dilerlər istehsalçının tövsiyələrinə uyğun və xüsusi avadanlıqlardan istifadə edərək avtomobillərə mütəmadi texniki xidmət göstərir. Ölkəyə rəsmi distribüter vasitəsilə gətirilməyən avtomobillər fərqli xüsusiyyətlərə malik olur. Bu səbəbdən onların diaqnostikası və təmiri çətinlik yarada bilər.
test

Orijinal ehtiyat hissələri

Rəsmi distribüter peşəkar təmir üçün ehtiyat hissələri, detallar və komplektləşdirici hissələrin təchizatını təmin edir. Orijinal ehtiyat hissələri yüksək keyfiyyətli təmir və servis işlərinin təməlidir.
test