-
Təkərlərarası baza 2755 mm
-
Yolsuzluq rejimi
-
ADAS (DRIVE WiSE)
Eksteryer
Qeyri-adi krossover
Yeni Kia Sportage krossoverlərə xas olan məhdudiyyətlərdən və standartlardan kənara çıxır. Qabaqcıl texnoloji və dizayn həlləri təklif edərək, sürücülük təcrübəsini yeni səviyyəyə qaldırır.
Yeni Sportage üçün nəzərdə tutulmuş təkər diskləri modelin futuristik xarici görünüşünü uğurla tamamlayırlar.
Özünəməxsus tərzdə dizayn edilmiş arxa fənərlər sayəsində yeni Sportage-i səhv salmaq mümkünsüzdür.
Mükəmməl işıqlandırmanı təmin edən adaptiv faralar həm də bir dizayn elementi kimi çıxış edir.
Məsafədən idarə olunan elektrik ötürücülü baqaj qapısı sürücünün rahatlığını təmin edən çoxsaylı funksiyalardan biridir.
Eksteryer
Qeyri-adi krossover
İnteryer
Müasir üslubun mükəmməlliyi
Sürücünün rahatlığına yönəlmiş üfüqi xətlər müasir üslubun mükəmməlliyini əks etdirir. Salonun interyerində dekorativ işıqlandırma ilə dekorativ panel örtükləri bir-birini tamamlayırlar. İnteryerin hər bir elementi həzz bəxş etmək və sahibinin statusunu vurğulamaq üçün yaradılıb.
Salonun dekorativ işıqlandırması avtomobilin statusu barədə məlumat verir.
Qatlanaraq düz səth yaradan ikinci sıra oturacaqlarına malik geniş salon hər bir sərnişini maksimum rahatlıqla təmin edəcək.
İkinci sıra oturacaqların unikal dizaynı düz baqaj sahəsi yaratmaqla daxili məkandan maksimum istifadə etməyə imkan verir.
Aviasiya tipli başaltılar pəncəyinizi asmaq üçün əlverişlidir, mini ciblər isə kiçik əşyaların saxlanması üçün mükəmməldir.
İnteryer
Müasir üslubun mükəmməlliyi
X-Line seriyası
Seçilmək istəyənlər üçün
X-Line-ın cəsarətli xarakteri unikal eksteryer dizaynı ilə vurğulanır.
X-Line versiyalarını fərqləndirən əsas elementlərdən biri - qara Kia loqosu.
19 düymlük qara disklər yalnız benzin mühərrikli X-Line versiyaları üçün nəzərdə tutulub.
X-Line versiyasının tavanı qara zamşa örtüyü ilə fərqlənir.
Dəbdəbəli materiallardan hazırlanmış və fərqli rəng sxeminə malik premium sükan çarxı X-Line versiyaları üçün daha bir eksklüziv elementdir.
X-Line seriyası
Seçilmək istəyənlər üçün
Performans
Yolları və yüksəklikləri fəth edərək
Kia Sportage mühərriklərinin güc və yanacaq səmərəliliyinin vəhdəti sayəsində daha uzun məsafələri qət edə biləcəksiniz – istənilən yol və hava şəraitində dinamikadan və idarəetmədən zövq almaqdan vaz keçmədən.
Performans
Yolları və yüksəklikləri fəth edərək
Hibrid texnologiyalar
Fərqli sürücülük təcrübəsi
Avtomobil yol səthindəki süni maneələri və ya çuxurları keçərkən E-Ride texnologiyası əks inersiya yaradaraq daha rəvan hərəkəti və sərnişinlərin rahatlığını təmin edir.
Elektrik motorun sürətlənməsini və yavaşlamasını tənzimləyərək elektron idarəetmə (E-Handling) döngələrdə avtomobilin çevikliyini və sabitliyini artırır.
Yalnız hibrid versiyada mövcud olan və idarəetmə, yanacaq sərfiyyatı və enrji axınlarını əks etdirən məlumat bölməsi.
Yeni Sportage-in hibrid modelləri öncəki avtomobilin hərəkətinə və naviqasiya məlumatlarına uyğun olaraq avtomatik tənzimlənən rekuperativ əyləc sistemi ilə təchiz olunurlar.
Hibrid texnologiyalar
Fərqli sürücülük təcrübəsi
Təhlükəsizlik
Güvənli müdafiə
Sükan çarxında yerləşən sensor sürücünün əllərinin toxunuşunu müəyyən edir. Sistem, sürücünün sükanı tutub-tutmadığını izləyir ki, bu da rahatlığı və təhlükəsizliyi artırır.
Sərnişin avtomobildən düşmək üçün qapını açdıqda sistem yaxınlaşan nəqliyyat vasitəsi ilə toqquşma riski barədə xəbərdarlıq edir.
Təkmilləşdirilmiş sürücü və ön sərnişin hava yastıqları, ön oturacaqlarda quraşdırılmış yan hava yastıqları və pərdə tipli hava yastıqları qəza zamanı sərnişinləri daha etibarlı şəkildə müdafiə edirlər.
Təhlükəsizlik
Güvənli müdafiə
Qabaqcıl texnologiyalar
Müasir yardımçı sistemlər
- Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
-
Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60








